SON XƏBƏRLƏR

“Lənkəran-Konserv” ASC-nin ləğv edilməsi müzakirə olunacaq. Bu haqda bu gün, 29 oktyabr tarixində Marja.az xəbər verir.

Lənkəran şəhəri Əli Bayramov küçəsi, 77 ünvanında yerləşən zavodda yığıncaq keçiriləcək. 30 noyabr tarixində baş tutacaq növbədənkənar görüşdə, səhmdarla şirkətin ləğv edilməsi məsələləri haqda danışılacaq.

Səhmdarlardan növbədənkənar ümumi yığıncağında iştirak etmək üçün şəxsiyyətini təsdiq edən sənədlə və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəsi vasitəsilə iştirakı xahiş olunur.

Verilən məlumata əsasən, zavodun illik istehsal gücü 12 000 tondur.