SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universiteti büdcədənkənar vəsait hesabına açıq tender elan edib. Bu haqda bu gün, 13 noyabr tarixində Azərbaycan Rəsmi Dövlət Qazetində paylaşılıb.

Bərk inventar və avadanlıqların satın alınması üçün həyata keçirilən tenderə sənəd vermə tarixi 2 dekabr 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatını isə 10 dekabr 2021-ci il saat 18:00-a qədər.

Tender iddiaçıları dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanun”na uyğun öz tender təkliflərini https://www.etender.gov.az-dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər. Tenderdə iştirak haqqı 210 manatdır.

Ödəniş etmək üçün:

Lənkəran Dövlət Universiteti

Hesab №: AZ97AIIB33080019443870045138

VÖEN: 2600135481

Kapital Bank ASC Lənkəran filialı

Kod:  200383

VÖEN:  9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.I.F.T. BIK:  AIIBAZ2X

Tenderdə iştirak etmək üçün lazım olan sənədlər:

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

– iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstəribsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank  tərəfindən verilmiş arayışı;

– nizamnaməsi;

– qeydiyyatdan keçdiyi ölkə;

– rekvizitləri.

Elektron satınalma 13 dekabr 2021-ci ildə saat 11:00-da baş tutacaqdır.