SON XƏBƏRLƏR

Əmlak Məsələləri Dövlət Xidməti 2 il ərzində cənub rayonlarında torpaq qanunvericiliyinin pozulması faktını aşkarlayıb. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az Report-a istinadən xəbər verir.

Lənkəran, Astara, Lerik, Cəlilabad, Masallı, Biləsuvar, Yardımlı rayonlarında 1000-ə yaxın qanun pozuntusu sənədləşdirilib.

Sözügedən pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 560 inzibati protokol tərtib edilib, 261 min manat məbləğində cərimə tətbiq olunub. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə müraciətlər edilib.

Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin gücləndirilməsinin, təsirli tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.