Masallı rayon Bələdiyyəsinin torpaqları hərraca çıxarılacaq. Bu haqda məlumat Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında paylaşılıb.
Müsabiqə ƏMDX-nin Cəlilabad ərazi şöbəsində, Cəlilabad şəhəri, H.Əliyev prospektində keçiriləcək. Hərraca 1308 kv.m sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaqlar çıxarılır.
Qeyd edək ki, sözügedən müsabiqə iyun ayının 1-də saat 15:00-da keçiriləcək. Ərizələr 1-31 may tarixlərində qəbul edilir.