SON XƏBƏRLƏR

Cəlilabadlı fermerlərlə görüş keçirilib. Bu haqda bu gün, 4 may tarixində Cenublu.az Report-a istinadən xəbər verir.

Görüş fermerlərin üzləşdikləri kartof ixracında olan problemlə bağlı olub. Tədbirdə rayon icra başçısının müavini, Azərbaycan Dəmir Yolları QSC-nin Cəlilabad stansiyasının rəisi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğu, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 6 saylı Regional bölməsinin müdiri və Rayon Suvarma Sistemləri İdarəsinin rəisi iştirak ediblər.

Görüşdə müzakirələr aparılaraq sağlam rəqabət mühitinə müdaxilə edən və süni əngəllər yaradaraq fermerləri maliyyə itkisinə məruz qoyan şəxslərə qarşı qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət olunması barədə qərar qəbul olunub.

Həmçinin fermerlərə bildirilib ki, onlar hər zaman dövlət qayğısı ilə əhatə ediləcəklər.

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman