SON XƏBƏRLƏR

Cəlilabad rayonunda bu ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində Azertac-a istinadən verir.

Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında əhaliyə 61 milyon 401,4 min manatlıq, 2021-ci ilin eyni dövrünə nisbətən 9 milyon 707,2 min manat və ya müqayisəli qiymətlərlə 7,8 faiz çox ödənişli xidmətlər göstərilib.

Cari ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən məişət xidmətlərinin həcmi 7 milyon 878,5 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1 milyon 112,8 min manat və ya müqayisəli qiymətlərlə 5 faiz çoxdur.

Hüquqi şəxslər üzrə ödənişli xidmətlər 2,6 faiz, o cümlədən məişət xidmətləri 1,9 faiz, fiziki şəxslər üzrə ödənişli xidmətlər isə 9,2 faiz, o cümlədən məişət xidmətləri 5,2 faiz artıb.