SON XƏBƏRLƏR

Cəlilabad Rayon Statistika İdarəsi tikinti sahəsində əsas kapitala yönəldilən investisiyanın həcmi barəsində məlumat verib. Bununla bağlı Cenublu.az bu gün, 7 noyabr tarixində Azertac-a istinadən xəbər verir.

Belə ki, tikinti sahəsində fəaliyyət göstərən podratçı təşkilatların öz gücləri ilə yerinə yetirdikləri işlərin həcmi (fiziki şəxslərin göstəriciləri də nəzərə alınmaqla) hesabat dövründə 16940,4 min manat təşkil edib və 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 69,6 faiz çox olub. Ümumi işin 525,9 min manatını tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə, 13919,7 min manatını əsaslı təmir, 2494,8 min manatını isə cari təmir işləri təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 24370,6 min manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 94,6 faiz, tikinti-quraşdırma işlərinin həcmi isə 23064,2 min manat və ya 2,0 dəfə çox olub.

Hesabat dövründə əsas fondların ümumi dəyəri 9518,1 min manat təşkil edib ki, bunun da 5200,1 min manatı dövlət mülkiyyətinin, 4318,0 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşüb.

2022-ci ilin yanvar-sentyabr aylarında təmir-tikinti təşkilatlarında çalışan işçilərin sayı 2021-ci illə müqayisədə 33 nəfər artaraq 193 nəfər təşkil edib.

Tikinti təşkilatlarında hər bir işçinin orta aylıq əməkhaqqısı ilin əvvəlindən 460,2 manat olub ki, bu da 2021-ci ilin eyni dövrünə nisbətən 4,9 faiz çoxdur.