SON XƏBƏRLƏR

Ölkənin ən güclü və ən zəif şəhər və rayonları siyahısında cenub rayonlarının sırası açıqlanıb. Bu haqda məlumat bu gün, 22 fevral tarixində Fed.az-da paylaşılıb.

2021-ci il üzrə ölkə ərazisində istehsal edilmiş Ümumdaxili Məhsulun (ÜDM) dəyəri 92,858 milyard manat təşkil edib. Bu rəqəmlərdən 70,090 milyard manatı Bakı şəhərinin payına düşüb.

Cənub rayonları – Lənkəran, Astara, Masallı rayonları da ən güclü və ən zəif rayonların siyahısında yer alıblar. İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı siyahısında Lənkəran rayonu 510169.3 manatla 16-cı pillədə, Masallı rayonu 481456.2 manatla 19-cu pillədə və Astara rayonu 213136 manatla 54-cü pillədə qərarlaşıblar.