SON XƏBƏRLƏR

Astarada naringi yığımı davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.

Təsərrüfat sahiblərinin sözlərinə görə, bu il hava şəraiti əlverişli olduğundan  məhsul bol olub. Ziyanvericilər olmasaydı, daha çox məhsul əldə etmək olardı. Təsərrüfat sahiblərini narahat edən məsələ isə naringini münasib qiymətə sata bilməmələridir.

Fermerlərin sözlərinə görə, məhsula tələbat olsa da, ucuz istənilir. Ona görə də təsərrüfat sahibləri məhsulu anbarlarda saxlamağa qərar veriblər.

Həmçinin fermerlər gübrələrin qiymətinin artırıldığını da qeyd edirlər.