Cari ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsində artım müşahidə edilib. Bu haqda bu gün, 3 may tarixində Cenublu.az Azərtac-a istinadən xəbər verir.
2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 71.931,5 min manatlıq, o cümlədən 25.311,1 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 46.620,4 min manatlıq qeyri-ərzaq malları satılıb.
Astara Rayon Statistika İdarəsindən bildirilib ki, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 6,0 faiz artıb.
İstehlak məhsullarının dəyərinin hamısı qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 7,9 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 216,0 manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,9 manat çox əmtəə alıb.