SON XƏBƏRLƏR

Astara rayonunun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala cəlb olunan investisiyanın həcmi artıb. Bu haqda məlumat bu gün, 16 fevral tarixində Azertac-da paylaşılıb.

2021-ci ildə iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 26820,3 min manat pul cəlb olunub. Bu rəqəmlər 2020-ci il ilə müqayisədə 60.6% daha çox investisiyanın yatırılmasını göstərir.

Sərmayənin 6470,7 min manatı məhsul istehsalı obyektlərinin, 13384,6 min manatı xidmət sahələri üzrə obyektlərin, 6965,0 min manatı isə ümumi sahəsi 17.958 kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əlavə olaraq qeyd olunub ki, əsas kapitala yatırılmış vəsaitin 20523,8 min manatı tikinti-quraşdırma işlərinə xərclənib.