SON XƏBƏRLƏR

Astara rayonunda payızlıq əkinə başlanılıb. Bu haqda bu gün, 5 oktyabr tarixində Azərtac-da paylaşılıb.

Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzi bildirir ki, il ərzində 350 hektar sahədə payızlıq əkin aparılacaq. Artıq qısa müddətdə 80 hektar sahədə yonca və 30 hektarda kələm əkilib.

Əkin prosesinin keyfiyyətli keçirilməsi üçün sahələr maşın və mexanizm, canlı qüvvə cəlb edilib.

Həmçinin qeyd olunub ki, əkin işlərinə paralel olaraq 161 hektar sahə şumlanıb və şum prosesi davam etdirilir.