SON XƏBƏRLƏR

Astarada sitrus bağlarından meyvələrin yığımına start verilib. Bu haqda xəbər bu gün, 13 oktyabr tarixində Azərtac xəbər verir.

Hal-hazırda sitrus bağlarından qısa müddətdə 20 tondan çox feyxoa, 10 tona yaxın narıngi yığılıb. Naringinin “Karli” növü tez yetişdiyindən, hələ ki yığımda yalnız bu növlərdir. Noyabr ayında meyvələrin kütləvi yığımına start veriləcək.

Sitrus və subtropik meyvə istehsalı ilə əsasən Kijabə qəsəbəsi, Şüvi, Siyəkü və Səncərədi kənd sakinləri məşğul olur. Sitrusçuluqla məşğul olan fermerlər qurağlıqdan şikayətlənsələrdə, keçən ilə nisbətən bazarda feyxoa və naringinin qiyməti 50 qəpik ucuzdur. Məhsullar yalnız daxili bazarda satılır.

Feyxoa yığımı noyabrın, naringi yığımı isə dekabr ayının sonunadək davam edəcək.