SON XƏBƏRLƏR

İqtisadiyyatın əsas sahələri (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət, nəqliyyat vasitələrinin təmiri) üzrə Astarada istehsal olunan məhsul və xidmətlərin həcmində əvvəlki illə müqayisədə fərq var. Bu haqda bu gün, 8 may tarixində Cenublu.az Azərtac-a istinadən xəbər verir.

2023-cü ilin yanvar-mart aylarında ötən illə müqayisədə fərqin 2,5% artaraq 48 milyon 152,8 min manat olması müşahidə olunur. İstehsal edilən məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə düşən dəyəri 433,7 manat təşkil edib.

Bu dövrdə ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 22 milyon 586,5 min manatlıq və ya ümumi məhsulun 46,9 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 11 milyon 583 min manatlıq (24,1%), sənayedə 10 milyon 86,6 min manatlıq (20,9%), tikintidə 1 milyon 530,1 min manatlıq (3,2%), nəqliyyat və anbar təsərrüfatı sahələrində 2 milyon 53,9 min manatlıq (4,3%), informasiya və rabitə sahələrində isə 312,7 min manatlıq (0,6%) məhsul və xidmətlər istehsal olunub.

Əvvəlki illə müqayisədə nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,4 dəfə, sənayedə 21,1%, informasiya və rabitə sahələrində 8,2%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,9% artım, tikintidə isə 68,5 % azalma müşahidə edilib.