SON XƏBƏRLƏR

Astarada cari ilin yanvar-sentyabr aylarında ictimai iaşə müəssisələrinin göstəricilərində 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə real ifadədə (qiymət indeksləri nəzərə alınmaqla) artım müşahidə olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində Azertac-a istinadən verir.

Astara Rayon Statistika İdarəsindən bildirilib ki, ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 53,0 faiz artaraq 3980,0 min manat olub. İctimai iaşə dövriyyəsinin 367,9 min manatı və ya 9,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 3612,1 min manatı və ya 90,8 faizi isə fərdi sahibkarların payına düşüb.