SON XƏBƏRLƏR

Astara rayonunda heyvanların baş sayı ilbəil artır. Bu haqda məlumatı Astara Rayon Statistika İdarəsi Azertac-a verib.

Cari ilin yanvarın 1-i vəziyyətinə görə, rayonda 40 min 757 baş iribuynuzlu mal-qara, 21 min 348 baş davar qeydə alınıb. İribuynuzlu mal-qaranın 48,9 faizini inək və camışlar təşkil edir.

2021-ci ildə rayonda 3967,2 ton diri çəkidə ət, 27626,1 ton süd, 11 milyon 434 min ədəd yumurta, 28 ton yun istehsal olunub.

Əvvəlki illə müqayisədə ət istehsalı 28,6 ton, süd istehsalı 274,5 ton, yumurta istehsalı 6 min ədəd, yun istehsalı isə 1 ton artıb.