SON XƏBƏRLƏR

Astarada payızlıq və yazlıq əkinləri üçün indiyədək 850 hektarda şum qaldırılıb. Bu haqda məlumatı Astara rayon Dövlət Aqrar İnkişaf Mərkəzi Azertac-a verib.

Belə ki, şum qaldırılan sahələrin 271,8 hektarında payızlıq əkinlər aparılıb. Bunun 57 hektarını payızlıq kələm, 156,5 hektarını yonca, 13,8 hektarını arpa, 44,5 hektarını isə buğda təşkil edir.

Qeyd edək ki, bu il rayonda 2500 hektar sahədə şum qaldırılması nəzərdə tutulub.