SON XƏBƏRLƏR

Astaraçayın üzərində tikilən körpü vasitəsilə İrana məxsus gündəlik 800 ədəd yük maşını Qafqaz, Rusiya və Avropa istiqamətində hərəkət edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 may tarixində Trend.az-a istinadən verir.

İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri Tehranda “İran və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı” Beynəlxalq Konfransı zamanı jurnalistlərə açıqlamasında həmçinin qeyd edib ki, körpü sayəsində Qara dəniz – Fars körfəzi dəhlizi aktivləşəcək. Bu dəhlizin illik potensialı təxminən 500 milyon tondur. İlk mərhələdə buradan ildə 20 milyon ton yük daşına bilər.

Azərbaycan və İran arasında yeni körpünün təməli carı ilin 25 yanvar tarixində qoyulub. Körpünün uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, Astaraçay Azərbaycanla İranın dövlət sərədində yerləşir. Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Başlanğıcını Talış silsiləsinə aid Şindanqalası dağından alır. Alaşa kəndi yanında qovuşan İstisu Astaraçayın əsas qolu hesab olunur.