SON XƏBƏRLƏR

Astarada tərəvəz məhsulunun istehsalında artım qeydə alınıb. Bu haqda məlumat Azərtac-da paylaşılıb.

Astara Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, cari ildə 1892, 8 hektar sahədən 28 min 323 ton məhsul yığılıb. Sahələrdən 750,6 ton kələm, 6289 ton xiyar, 7983 ton pomidor, 1153 ton sarımsaq, 4178,7 ton baş soğan, 7968,8 ton digər tərəvəz məhsulları tədarük olunub. Rayonda tərəvəz istehsalı ötən illə müqayisədə 9,1 faiz artıb.

Hazırda Astarada tərəvəz yığımı kampaniyası davam edir.

Qeyd edək ki, Sovet dövründə uzun illər SSRİ-ni tərəvəz məhsulları ilə təmin edən Astara “Ümumittifaq bostanı” adlanırdı. Həmin dövrdə rayonda 100 min tondan çox tərəvəz məhsulları istehsal olunurdu.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər