SON XƏBƏRLƏR

Astarada cari il üçün muzdla çalışanların sayı artıb. Bu haqda bu gün, 11 noyabr tarixində Azərtac-da paylaşılıb.

2021-ci ilin 9 ayında muzdla işləyənlərin sayı 8287 nəfər təşkil edib. Bu saydan 6202 nəfər iqtisadiyyatın dövlət bölməsində, 2085 nəfər isə qeyri-dövlət bölməsində çalışanlar olub.

Bu artım özünü orta aylıq nominal əməkhaqqında da göstərib. Ötən il ilə nisbətdə 0,5% artaraq, 438 manat təşkil edib. Dövlər müəssisələrində əməkhaqqı 458,9 manat, özəl müəssisələrdə isə 378,9 manat təşkil edib.