2021-ci ilin oktyabr ayınadək sənayə müəssisələri tərəfindən istehsal olunmuş malların və xidmətlərin həcmi artıb. Bu haqda bu gün, 29 oktyabr Azərtac-da paylaşılıb.
Verilən məlumata əsasən, malların və xidmətlərin həcmi 14,4% yüksələrək 23082,7 min manat təşkil edib.
Qeyd olunan rəqəmin 40,8% qeyri-dövlət sektorunun payına düşüb. Cari ilin oktyabr ayında ərazidə olan sənaye müəssisələrinin anbarlarında 619,4 min manatlıq hazır məhsul var.
Həmçinin məlumatda bildirilir ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 13,2%-lik artım baş verib.
Astara rayon ərazisində 239,1 milyon kilovat-saat enerji istehsal olunub. Buda ötən il ilə müqayisədə 16,2% çoxdur.