SON XƏBƏRLƏR

Astarada əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artıb. Bu haqda məlumat bu gün, 8 noyabr tarixində Azertac-da paylaşılıb.

Koronavirus pandemiyası ilə əlaqədar qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması nəticəsində xidmət həcmi artıb. Məlumatda bildirilir ki, cari ilin son 9 ayında 2020-ci il ilə müqayisədə ödənişli xidmətlər 2,4 faiz artaraq, 18 milyon 25,0 min manat təşkil edib.

Əhaliyə hüquqi şəxslər tərəfindən 5 milyon 257,5 min manatlıq xidmət göstərilib. Bu rəqəm ümumi dəyərinin 29,2 faizini təşkil edir.