SON XƏBƏRLƏR

Astara rayonunda heyvandarlığa xüsusi diqqətin ayrılması intensiv artıma səbəb olub. Bu haqda məlumat bu gün, 12 yanvar tarixində Azərtac-da paylaşılıb.

Heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlıq inkişaf etdirilib. Heyvanların süni mayalanması uğurla davam etdirilir.

2021-ci ildə 1572 baş inək və düyə süni yolla mayalandırılıb. Nəticədə 686 baş cinsi yaxşılaşdırılmış buzov alınıb.