SON XƏBƏRLƏR

Astarada heyvandarlıq inkişaf edir və mal-qaranın baş sayı ilbəil artır. Bu haqda məlumatı bu gün, 9 oktyabr tarixində Azertac verib.

Astara Rayon Statistika İdarəsindən verilən məlumata görə, 9 ay ərzində rayon üzrə 40 min 654 baş iribuynuzlu mal-qara, 20 min 618 baş davar qeydə alınıb.

İribuynuzlu mal-qaranın 48,8 faizini inək və camışlar təşkil edir. Bu ilin doqquz ayı ərzində rayonda 2975,4 ton ət (diri çəkidə), 20 min 349,3 ton süd, 28 ton yun, 8 milyon 838 min ədəd yumurta istehsal olunub.

Rayonda ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,4 ton, yun istehsalı 1 ton, yumurta istehsalı isə 5 min ədəd artıb.