SON XƏBƏRLƏR

Astarada çay plantasiyalarından yığılan məhsulda keçən ilə nisbətən 27% artım var. Bu haqda məlumatı Astara Rayon Statistika İdarəsi bu gün, 19 oktyabr tarixində Azertaca verib.

Belə ki, hazırda rayonda 272,5 hektar çay sahəsi var. İndiyədək bu sahələrdən 699,2 ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 148,7 ton çox məhsul yığılıb. Məhsuldarlıq isə 10,8 sentner artaraq 51 sentner təşkil edib.

Qeyd edək ki, Astara rayonunda kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindən biri çayçılıqdır. Rayonda çayçılıq “Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”-ı çərçivəsində inkişaf etdirilir.

Hazırda rayonda məhsul yığımı kampaniyası davam edir.