SON XƏBƏRLƏR

Astarada bu ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,5 faiz artaraq 21160,7 min manat olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 noyabr tarixində Azertac-a istinadən verir.

Astara Rayon Statistika İdarəsindən verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 6854,2 min manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 32,4 faizini təşkil edir. Fiziki şəxslər tərəfindən əhaliyə 14306,5 min manatlıq xidmət göstərilib və bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artıqdır.

Cari ilin yanvar-sentyabr aylarında hər bir rayon sakini orta hesabla 189,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 26,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.