top
Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb
05 avqust 2026, 15:01
- ↺ +

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran rayonunun ən ciddi problemlərindən biri – kanalizasiya sisteminin yenilənməsi istiqamətində mühüm addımlar atılır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində "Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması" layihəsi çərçivəsində işlərə artıq start verilib.

Cenublu.az xəbər verir ki, Səttərxan, Tofiq Aslanov, H.Z.Tağıyev və Koroğlu küçələrindən start götürən layihə üzrə tikinti-quraşdırma işlərinin miqyası yaxın günlərdə daha da genişlənəcək.
Məlumat üçün bildirək ki,  layihə çərçivəsində asfalt örtüyünün kəsilərək tullantı poliqonuna daşınması, müxtəlif növ qruntların qazılması və yararsız torpağın kənarlaşdırılması, kommunikasiya xətlərinin köçürülməsi və bərpası, habelə təmir işləri aparılan yolların ərazisində işlər bitəndən dərhal sonra asfaltlanmanın aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Lənkəran şəhərinin kanalizasiya sistemi ötən əsrin 50–60-cı illərində cəmi 20 min nəfərin tələbatını ödəmək məqsədilə inşa edilib. Sonrakı dövrdə şəhər və ətraf yaşayış məntəqələrinin əhalisi üç dəfədən çox artdığı üçün köhnəlmiş sistem mövcud tələbatı qarşılaya bilmir.

Kanalizasiya sisteminin yenidən qurulması şəhər və ətraf ərazilərin inkişafına, əhalinin yaşayış şəraitinin yaxşılaşmasına, ətraf mühitin qorunmasına, sosial-iqtisadi tərəqqiyə və bu sahədə mövcud olan çatışmazlıqların birdəfəlik həllinə mühüm töhfə verəcək. Aparılan tikinti-quraşdırma işləri müəyyən müddət ərzində müvəqqəti narahatlıqlar yarada bilər ki,  bu narahatlıqlar gələcəkdə şəhərin müasir və dayanıqlı kanalizasiya infrastrukturuna qovuşması, sakinlərin daha rahat və sağlam yaşayış şəraiti ilə təmin olunması naminə həyata keçirilir. Bu səbəbdən sakinlərimizdən görülən işlərə anlayışla və səbirli yanaşmaları xahiş olunur.

Kanalizasiya sisteminin yenidən qurulması Lənkəran sakinləri tərəfindən böyük məmnunluqla qarşılanır. Şəhər İcra Hakimiyyətinə ünvanlanan çoxsaylı müraciətlərdə vətəndaşlar bu mühüm layihəyə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:15

Bu gecə meteor yağışı olacaq

Bütün xəbərlər
Bu gün, 10:35

Sabah üç rayonda qaz olmayacaq

Kriminal
Bu gün, 10:00

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: ölən var

Bütün xəbərlər
Bu gün, 09:32

Cəlilabadlı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:05

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
Dünən, 17:32

Azərbaycanda yeni dələduzluq üsulu: Süni intellektlə yaxınlarının səsini təqlid edirlər

Kriminal
Dünən, 16:20

Lənkəranda oğul paltaryuyan maşına görə anasını döydü

Bütün xəbərlər
Dünən, 15:40

Lənkəranın yetişdirdiyi sənər adamları

Bütün xəbərlər
Dünən, 15:00

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Bütün xəbərlər
Dünən, 14:15

Lənkəran çayının sahili zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 13:30

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:20

Lerikli şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:45

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Kriminal
Dünən, 11:07

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

İdman
Dünən, 10:30

Lənkəranlı idmançı ABŞ-də rəqibini nokaut etdi

Bütün xəbərlər
Dünən, 09:57

Biləsuvarda qəza baş verib – ölən var

Bütün xəbərlər
Dünən, 09:21

Astarada kişi pilləkəndən yıxılaraq ölüb

Siyasət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Siyasət
Dünən, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Bütün xəbərlər
19 oktyabr 2026, 17:54

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi

Kriminal
19 oktyabr 2026, 17:30

Şantajda təqsirləndirilən iki sayt rəhbəri ilə bağlı QƏRAR

Bütün xəbərlər
19 oktyabr 2026, 16:55

18 yaşlı astaralı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
19 oktyabr 2026, 16:20

Azərbaycanda xərçəng xəstəliyinə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Oxşar xəbərlər