Akademik Ziya Bünyadovun qətlinin təşkilatçısı Tariyel Ramazan oğlu Ramazanov İranda gizlənir. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 fevral tarixində Lent.az-a istinadən verir.
T.Ramazanov hazırda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 218.1-ci (cinayətkar birlik və ya silahlı qruplaşma yaratma, həmin qruplaşmalara rəhbərlik etmə, həmçinin ağır cinayətlər törədən mütəşəkkil dəstə rəhbərlərinin birliyini yaratma) maddəsi ilə axtarılır.
Onun bu günə kimi tutulmamasının səbəbi 26 ildir İranın ali dini lideri tərəfindən birbaşa himayə edilməsidir. Məhz buna görə Azərbaycan hüquq-mühafizə orqanları onun məsuliyyətə cəlb edilməsini təmin edə bilmir.
Qeyd edək ki, astaralı akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov 21 fevral 1997-ci ildə yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilib. O, I Fəxri xiyabanda dəfn olunub.