Lənkəran – Astara Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müssisələri üzrə müsabiqə keçirilib. Bu haqda bu gün, 9 dekabr tarixində Cenublu.az Lənkəran – Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
“Zəfərə Aparan İdeya” adlı layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Müsabiqənin məqsədi şagirdlərin şəxsiyyət kimi formalaşması, maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, şagirdlərin intellektual inkişafının stimullaşdırılması, onlarda sərbəst düşünmə və problem həlletmə qabliyyətinin inkişaf etdirilməsi, istedadlı şagirdlərin cəmiyyətə təqdim olunmasıdır.