SON XƏBƏRLƏR

Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində Masallı rayon İcra Hakimiyyəti və Masallı Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Zəfər Günü təntənəli şəkildə qeyd olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.

Bayram tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları: Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının şəhər, qəsəbə və kəndlər üzrə inzibati ərazi dairəsi nümayəndələri və bələdiyyə sədrləri, SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və Aprel döyüşlərinin şəhid ailələri üzvləri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri, müəllim, məktəbli və tələbələr,  jurnalistlər iştirak ediblər.

Bayram tədbiri respublikanın Əməkdar artisti Səidə Şərifəliyeva, “O səs Türkiyə” yarışmasının qalibi Adil Baxışlı, Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev, Ruslan Zahidov, Humay Rzayeva, “Halay” folklor qrupunun, Gündüz Babayevin rəhbərlik etdiyi “Masallı Rəqs Qrupu”nun və digərlərinin iştirakı ilə keçirilib.

Sonda Azərbaycan Yazıçılar Birliyinin hərbi vətənpərvərlik komissiyasının sədri, şair, bəstəkar, həkim Şahin Musaoğlu, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türkiyə Yazarlar Birliyinin sabiq baş katibi, alim, şairə Rəsmiyyə Sabir və müğənni Adil Baxışlı tədbirlərdə fəallıqlarına görə rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə mükafatlandırılıblar.

Masallı Zəfər günü
Masallı Rayon İcra Hakimiyyəti
Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon