Astarada çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Züngüləş kənd sakinləri saxlanılıblar. Bu haqda bu gün, 7 sentyabr tarixində məlum olub.
Astara rayon polis əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı əməliyyat-axtarış tədbirləri nəticəsində C.Əhədov və E.Eyvazov saxlanılıblar.
Züngüləş kəndinin dağlıq ərazisində şübhəlilər tərəfindən əkilən, yaş halda çəkisi 55 kiloqram olan 36 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.