Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Zəfər yolu” adlı tədbir keçirilib. Bu haqda Lənkəran Regional Mədəniyyət İdarəsi bu gün, 27 noyabr tarixində xəbər verib.
Tədbirdə Separadı kənd Folklor Evinin Nənələr xalq kollektivi, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin Babalar xoru və rəqs qrupu, Şağlaser kənd Sənətkarlıq Evinin özfəaliyyət kollektivi musiqi nömrələri ilə çıxış ediblər. Həmçinin, tədbirdə şəhidlərimizə həsr olunmuş vətənpərvərlik şeirləri səsləndirilib.
Vətən muharibəsi qaziləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdiyi tədbir Separadi kənd Folklor Evi, Zövlə kənd Sənətkarlıq Evi, Vilvan kənd Sənətkarlıq klubu və Veravul kənd Ziyalılar klubunun birgə təşkilatçılığı ilə baş tutub.