SON XƏBƏRLƏR

4 nömrəli humanitar təmayüllü məktəb-liseyin XI sinif şagirdi Hüseynzadə Allahverən Pərviz oğlu “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsində II yerə layiq görülüb. Bu haqda məlumatı bu gün, 2 dekabr tarixində Lənkəran şəhər Təhsil şöbəsi verib.

Belə ki, Təhsil şöbəsinin müdiri Ülviyyə Əliyeva “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinin mahnı nominasiyasında 15-20 yaş qrupu üzrə II yerə layiq görülən şagirdə diplom təqdim edib.

Qeyd edək ki, “Zəfər dastanı” müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi Gənclərin Respublika Bədii yaradıcılıq evinin təşkilatçılığı ilə baş tutub.