SON XƏBƏRLƏR

Lənkəran və Astara rayonlarında yeni arxeoloji abidələr aşkarlanıb. Bu haqda bu gün, 19 avqust tarixində AMEA rəsmi saytında paylaşım edib.

Lənkəran rayonu Yuxarı Nüvədi kəndində aparılan axtarışlar zamanı sahəsi 1 hektardan artıq olan orta əsrlərə aid yaşayış yeri tapılıb. Ərazidən orta əsrlərə aid olan şirli və şirsiz keramika nümunələri tapılıb. Saxsı məmulatının ilkin təhlilinə əsasən, yaşayış yerini X-XIV əsrlərə aid etmək olar.

Həmçinin Astara rayonunun Sım kəndində aparılan arxeoloji tədqiqatlar zamanı bölgə üçün nadir hesab edilən yeni qayaüstü təsvirlər aşkarlanıb. Təsvirlər üslübuna görə Qobustanın qayaüstü təsvirlərinə yaxın analogiya təşkil edir. Qeyd olunub ki, rütubətli havaya görə bəzi təsvirlərin mamırların altında qalma ehtimalı var.

Əlavə olunub ki, Sım qayaüstü təsvirləri ilə bağlı yeni tədqiqatların aparılması nəzərdə tutulur.

Deposit
Aktual

Masallı rayon sakinində narkotik və soyuq silah aşkarlanıb

Masallı rayon sakini Şirvan şəhərində saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri