SON XƏBƏRLƏR

Cənub sakinləri Salyan rayonunda baş vermiş qəzada xəsarət alıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 oktyabr tarixində Report-a istinadən verir.

Ələt-Astara yolunun Salyan rayonu ərazisində baş verən avtoqəza zamanı 9 nəfər xəsarət alıb. Onların arasında Cəlilabad sakini 56 yaşlı Zeynəb Kərimli, Masallı sakinləri: 51 yaşlı Şirvan Abbasov və 30 yaşlı Arzu Ağayeva, həmçinin Yardımlı sakini 61 yaşlı Əyyar Əsədov olublar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam edir.