SON XƏBƏRLƏR

Lənkəranda yağan aramsız qar evlərə ziyan vurub. Bu haqda bu gün, 13 yanvar tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Rayonun Balıqçılar qəsəbəsində evə ciddi ziyan dəyib. Belə ki, Tofiq Mirzağa oğlu Bədəlova məxsus ikimərtəbəli yaşayış evinin dam örtüyünün bir hissəsi qarın ağırlığına tab gətirməyərək çöküb.

Ev sahibi bildirir ki, yaranan problemdən sonra qar suları evin içərisinə tökülməyə başlayıb. Evdə iki azyaşlı uşaq var. Ərazidə işıqların tez-tez sönməsi vəziyyəti daha da ağırlaşdırır.

Çətin duruma düşən ailə bu barədə aidiyyəti qurumlara müraciət etsə də, hələlik cavab ala bilməyib.