SON XƏBƏRLƏR

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılıqları ilə şəhid övladları üçün keçirilən “YAŞAT” düşərgəsi Lənkəranda başa çatıb.

Ümumilikdə 6 gün 5 gecə keçirilən düşərgə 6 yaş qrupu üzrə təşkil olunub.

Lənkəranda “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsi başa çatıb. Uşaqlar üçün düşərgə zamanı əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub.

Həmçinin uşaqların təhlükəsizliyinin qorunması məqsədi ilə, hər bir iştirakçı sığortalanmış və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunmuşdurlar. Düşərgə zamanı psixoloqlar tərəfindən konsultasiyalar keçirdilib. Aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdirilib və fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

2021-ci ilin 12 iyul tarixindən başlayan düşərgə ümumilikdə 300-dək uşağı əhatə edib.

Düşərgənin bağlanış mərasimində tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə qala gecəsi təşkil olunub.