SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Alar kəndində internetin olmaması sakinləri narahat edir. Bununla bağlı onlar bu gün, 17 yanvar tarixində Cenublu.az-a müraciət ediblər.

Sakinlərin sözlərinə görə, onlar hələ 2021-ci ildə bu problemlə bağlı aidiyyəti qurumlara müraciət ediblər.

“2021-ci ildə kənd sakinləri adından müraciət etdik. Araşdırıb bildirdilər ki, 2022-ci ildə internet xətləri çəkiləcək. Amma bu müddət ərzində heç bir iş görülmədi. Kəndimizdə məktəbli, tələbə var. İnternetsiz çox əziyyət çəkirik. Bir daha aidiyyəti qurumlardan xahiş edirik, problemimizi həll etsinlər”, – deyə sakinlər bildiriblər.