SON XƏBƏRLƏR

Astara və Lənkəran sahillərində Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyası çərçivəsində təmizlik işləri görülüb. Bu haqda bu gün, 10 oktyabr tarixində Cenublu.az “ASAN könüllüləri”nə istinadən xəbər verir.

“Xəzəri qoruyaq” adlı Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyası “Coca-Cola”, “Carlsberg Azerbaijan”, “PAŞA Bank” və “Bakcell” şirkətlərinin tərəfdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ASAN Xidmətin, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi və “EcoHub” ekoloji platformasının icraçı tərəfdaşlığı ilə həyata keçirilib.

Tədbirdə aktiv iştirak edən gənc könüllülərin sayəsində Xəzəryanı sahillər tullantılardan təmizlənib.