Bu gün, 30 noyabr tarixində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanova müavinlər təyin edilib.
Belə ki, qurumun Müşahidə Şurasının iclasında Anar İsrafilov və Araz Nəsirov TƏBİB-in müavinləri təyin olunublar.
Müavinlərdən Araz Nəsirov 2008-ci ildə “Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti vəzifəsində işləyib. Daha sonra 2004-2009-cu illərdə Palmali Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb.
Təyinatdan öncə o, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji Təhlil Departamentinin rəhbəri olub.