SON XƏBƏRLƏR

Region Liqasında çıxış edən Lənkəran təmsilçisinə texniki məğlubiyyət verilib. Bu haqda bu gün, 12 may tarixində Cenublu.az Qafqazinfo-ya istinadən xəbər verir.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda AFFA Region Liqasının bir oyunu ilə bağlı aşağıdakı qərar qəbul olunub:

30 aprel 2023-cü il tarixində Region Liqasında keçirilmiş “Marxal” (Şəki) – “Xəzər Lənkəran 42” oyununda “Xəzər Lənkəran 42” komandasının heyətində 72 nömrəli futbolçu Elvin Mirzəyevin və 17 nömrəli futbolçu İlyas Səfərzadənin cari mövsüm peşəkar müqaviləsinin olması müəyyənləşib.

Əsasnamənin 5.3-cü maddəsinin tələblərinin pozulmasına görə “Xəzər Lənkəran 42” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, turun cavab oyununun 14 may saat 15:30-da baş tutması planlaşdırılır.