SON XƏBƏRLƏR

Lənkəranda ümumi sahəsi 180 kv.m olan evdə yanğın qeydə alınıb. Bu haqda bu gün, 24 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.

Hadisə rayonun Xarxatan kəndində baş verib. İkimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.