Lənkəran şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsinin xəndəkləri tam təmizlənməyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 aprel tarixində verir.
Sakinlərin sözlərinə görə, bir müddət öncə küçənin xəndəklərində sürətli təmizlənmə işləri aparılıb.
“Təqribi bir həftə əvvəl küçəmizin xəndəklərini təmizləməyə başladılar. Daha sonra qonşu Səttərxan küçəsində Çin klinikasının açılışı oldu. Başçı da açılışda iştirak etdi. Açılışdan sonra isə təmizlənmə işləri dayandırıldı. Küçənin yalnız görünən hissəsi təmizləndi, o da açılışda icra başçısı olduğu üçün. Ümumiyyətlə Lənkəranda xəndəklər yalnız icra başçısının keçdiyi ərazilərdə təmizlənir. Digər küçələr unudulub. Xahiş edirik aidiyyəti qurumlardan, Tağıyev küçəsindəki işlərini tamamlasınlar və bunu görünüş üçün yox, sakinlər üçün etsinlər”, – deyə sakinlər bildiriblər.