SON XƏBƏRLƏR

2 nəfər Lənkəranın Xanbulan su anbarının sahilində azıblar. Bu haqda bu gün, 20 avqust tarixində FHN-nin rəsmi saytında videoçarx paylaşılıb.

Hadisə yerinə cəlb olunan FHN-nin əməkdaşları Bakı sakinləri olan ər və arvadı xilas ediblər. Məlum olub ki, onlar yolu azıb geri qayıda bilmədiklərinə görə Xanbulan su anbarının sahilində köməksiz qalıblar.

Hər 2 şəxsə ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.