SON XƏBƏRLƏR

Xəzər Lənkəran mərkəzi stadionunda yoldaşlıq matçı keçirilib.

Lənkəranın “Xan Lənkəran” FK ilə Bakının “Maskovski” FK qarşılaşıb. Oyun 3 – 0 hesabı ilə təmsilçimiz “Xan Lənkəran” FK-nun xeyrinə başa çatıb.

Qeyd olunur ki, Fırtınalar meydanında matçı izləyənlərin sayı 5000 azərkeşə yaxın olub.

Oyunun sonlarında “Maskovski” FK qapıçısı və “Xan Lənkəran” FK oyunçuları arasında mübahisə yaranıb.

Qeyd edək ki, “Xan Lənkəran” FK son 3 matçda rəqiblərinin qapısına 18 qol vurub və öz qapısını 0 qol ilə toxunulmaz saxlayır.