SON XƏBƏRLƏR

Masallı rayonunda “Xalq Teatrlarının Dördüncü Zona Müşavirəsi” təşkil olunub. Bu haqda 28 sentyabr tarixində Cenublu.az xəbər verir.

İclas Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən keçirilib. Müşavirədə Şəhriyar adına Astara Xalq Teatrı, Adil İsgəndərov adına Xalq Teatrı (Sabirabad), Cəlilabad Xalq Teatrı, Biləsuvar Xalq Teatrı, Nizami Gəncəvi adına Masallı Xalq Teatrının nümayəndələri və Salyan Dövlət Kukla Teatrının rəhbərliyi iştirak ediblər.

Tədbir zamanı Xalq teatrlarının postpandemiya dövründə fəaliyyətinin təşkili prosesi ilə tanışlıq olub, ehtiyaclar, mövcud imkan və perspektivlər müzakirə olunub. Bölgələrdə xalq teatrları tərəfindən görülməli olan işlər barədə fikir mübadiləsi aparılıb.