Azərbaycan Respublikasının xalq artisti, əslən Lənkəranlı olan Canəli Əkbərovun səhhəti pisləşib. Bu haqda məlumatı xanəndənin qızı Təranə Əkbərova bu gün, 22 oktyabr tarixində Apa-ya verib.
O bildirib ki, atası hazırda ev şəraitində müalicə alır: “Bir müddətdir ki, atamın səhhətində ciddi problemlər var. Son günlər vəziyyəti xeyli pisləşib. Beyni tamam funksiyasını itirib. Durumu çox ağır olduğu üçün müalicəsini evdə davam etdiririk. Həkimlər ümidverici heç nə demir. Sadəcə möcüzə gözləyirik”.
Qeyd edək ki, daha öncə xanəndənin komaya düşməsi haqda məlumatlar yayılmışdır.