Lənkəran şəhəri ərazisində Xəzər dənizinin sahilə yaxın sularında partlayış təhlükəli əşyanın olması haqda FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Bu haqda bu gün, 23 oktyabr tarixində Nazirliyin rəsmi saytı paylaşım edib.
Pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı əşyanın partladıcısı olmayan döyüş tətbiqinə yararlı TM-57 tank əleyhinə mina olduğu müəyyən edilib. O, xüsusi təyinatlı avtonəqliyyat vasitəsilə ərazidən kənarlaşdırılıb.