SON XƏBƏRLƏR

Qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan Astaralı şəxs polis tərəfindən saxlanılıb. Bu haqda məlumatı bu gün, 21 sentyabr Lent.az xəbər verib.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikəri əməliyyat zamanı Hamuşam kənd sakini olan A.Həbibov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5 qram tiryək və 1 ədəd plastik kart aşkar edilərək götürülüb.

Əvvəllər də məhkum olunmuş A.Həbibovun evində aparılan axtarış zamanı, oradan 12 kq-dan artıq heroin, 910 qr tiryək, 2 kq-dan artıq heroin, metamfetamin və elektron aşkarlanıb.