SON XƏBƏRLƏR

Lənkəranda “Vətən müharibəsi” zamanı şəhadətə ucalan igidin adına xatirə lövhəsi açılıb. Bu haqda məlumat bu gün, 4 dekabr tarixində Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Şəhid Abıyev Vasifin xatirəsinə Nərimanabad qəsəbəsində əbədiləşdirilən lövhənin açılış mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, şəhid ailə üzvləri və valideynləri, Qarabağ qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda qonaqlar şəhidin dəfn olunduğu qəbirstanlığı ziyarət ediblər. Onun məzarının qarşısına gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub, ehsan verilib.

35 yaşlı Abıyev Vasif Vaqif oğlu Lənkəran şəhəri Nərimanabad 1 qəsəbəsində anadan olub. Könüllü olaraq ordu sıralarına yazılan Vüsal, yeganə övladını anasına əmanət edərək müharibəyə yollanıb.

Qəhrəman əsgər ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” və

Lənkəran Şəhər İcra Hakimiyyəti rəsmi Facebook səhifəsi
Lənkəran Şəhər İcra Hakimiyyəti rəsmi Facebook səhifəsi
Lənkəran Şəhər İcra Hakimiyyəti rəsmi Facebook səhifəsi
Lənkəran Şəhər İcra Hakimiyyəti rəsmi Facebook səhifəsi

“Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Mağazadan oğurluq
Aktual

Lənkəranda yerləşən mağazadan oğurluq olunub

Lənkəranda fəaliyyət göstərən mağazaların birində oğurluq hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir. Sosial şəbəkələrdə paylaşılan videogörüntüdən aydın görünür ki, mağazaya müştəri qismində daxil